İstanbulda taksilərin rəngi dəyişir (FOTO)
İstanbulda yaxın zamanda istifadəyə verilməsi planlaşdırılan tətbiq əsaslı 2500 kommersiya taksisi üçün yeni rəng seçimləri müəyyənləşdirilir.
Valyuta.az xəbər verir ki, boya əvəzinə folqa örtüyü ilə hazırlanacaq avtomobillər üçün 5 seçimdən ibarət sorğu keçirilib.
2500 kommersiya taksisi üçün aparılan dizayn işləri son mərhələyə çatıb. Bu çərçivədə 5 fərqli dizayn hazırlanıb və əsas rəng kimi ağ rəng seçilib. Ağ rəng üzərinə folqa örtük tətbiq olunmaqla hazırlanması nəzərdə tutulan dizayn üçün "Fiat Egea" markalı avtomobillərə üstünlük verilib.
İnfrastruktur, tənzimləmə və iş prinsipləri ilə bağlı texniki məsələlər tamamlandıqdan sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) müəssisələrində avtomobillərə folqa örtük tətbiq ediləcək və sərnişin daşıma fəaliyyəti başlayacaq.
Tətbiq əsaslı kommersiya taksilərinin dizaynlarında tavan işığı görünmür. Yol kənarından müştəri qəbul etməyəcəkləri üçün tavan işığının istifadəsinə ehtiyac olmadığı bildirilir.
Taksilərin dizaynı İBB tərəfindən keçirilən sorğunun nəticəsinə uyğun olaraq müəyyənləşdiriləcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay