BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7932
  • RUB
    0.0173
  • TRY
    0.0495
  • GBP
    2.1562
59487

Amerikanın dövlət qurumları "Citigroup"un ABŞ sanksiyaları altında olan rusiyalı oliqarx Süleyman Kərimovla əlaqələrinə görə fəaliyyətini araşdırır.

Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətinin sözlərinə görə, ABŞ Ədliyyə Nazirliyi, Federal Təhqiqatlar Bürosu (FTB) və Daxili Gəlirlər Xidməti (IRS) tərəfindən aparılan təhqiqat "Citigroup"a məxsus aktivlərə sahib olan "Heritage Trust" şirkəti ilə işinə yönəlib. 

Mənbə bildirib ki, istintaq "Citigroup"un çirkli pulların yuyulmasına qarşı siyasətini və maliyyə cinayətlərinin qarşısının alınması sistemlərini araşdırır.

Son illərdə Amerika tənzimləyiciləri artıq "Citigroup"u risklərin idarə edilməsində və nəzarət mexanizmlərində çatışmazlıqlara görə cərimələyiblər.

Xüsusilə, iyul ayında ABŞ Federal Ehtiyat Sistemi bankın 2020-ci ildə aldığı iki razılıq əmrini yerinə yetirməkdə kifayət qədər irəliləyiş əldə etmədiyini və 136 milyon dollar cərimə kəsdiyini bildirib.

"Citigroup" bütün mövcud qanun və qaydalara riayət etməyə son dərəcə diqqət yetirməklə bütün işləri aparmağa sadiqdir. Eyni zamanda, hüquqi və tənzimləyici öhdəlikləri yerinə yetirmək üçün zəruri olan əməliyyatlar istisna olmaqla, biz Rusiyadakı demək olar ki, bütün institusional bank biznesimizi aktiv şəkildə dayandırırıq, həmçinin Rusiya istehlak bank işimizi bağlamağa davam edirik", deyə şirkət bildirib.

Rusiyalı oliqarx Süleyman Kərimov Bloomberg Milyarderlər İndeksində 293-cü yerdədir, onun sərvəti təxminən 9,7 milyard dollardır.

Avqust ayında İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) Sülryman Kərimovun 1,3 milyard avro pulunu dondurub. O cümlədən, rusiyalı oliqarxla əlaqəsi olan 4 nəfər cinayət kapitalının yuyulmasında/leqallaşdırılmasında və Ukrayna ətrafındakı vəziyyətlə bağlı İsveçrədə xarici ölkələrə qarşı sanksiyaların tətbiqini tənzimləyən qanunvericiliyi pozmaqda şübhəli bilinir.

Kərimov 2018-ci ildən ABŞ sanksiyaları altındadır. Avropa İttifaqı və Böyük Britaniya Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Kərimovu sanksiya siyahılarına əlavə edib. 2022-ci ilin əvvəlinə qədər Kərimovlar ailəsi Rusiyanın ən böyük qızıl hasilatı şirkəti olan "Polyus PJSC"nin nəzarət paketinə sahib idi.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Aİ ölkəsində yoxsulluq cinayətlərin kəskin artmasına səbəb olub

Daşıma müqaviləsi iki şirkəti üz-üzə qoydu

Orban Aİ-yə çağırış etdi: "Sanksiyalara yenidən baxın"

DSMF 1,1 milyona ofis icarəyə götürür

İlon Maskın sərvəti bir gündə 13.6 milyard azaldı

Startaplarımız beynəlxalq forumda anlaşma memorandumları imzaladılar

“Black Rams Uniform” cərimələnə bilər

Tramp administrasiyasındakı Mask elektrik nəqliyyatı sahəsinə təhlükə yaradır - "Politico"

ABŞ "Citigroup"un Süleyman Kərimovla əlaqələrini araşdırır

Türkiyənin büdcə kəsiri son bir ildə iki dəfə artıb

“Absheron Treyd” inzibati məsuliyyətə cəlb edilib

"Apple"dakı payını satdı, "Domino's Pizza"nın səhmlərini aldı

Fed sədri gələcəkdəki faiz endirimlərində səbrli davranacaqlarını açıqladı

Şuşa Şəhər Peşə Təhsil Mərkəzi ilə bağlı 8 milyonluq layihə

“Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - AİB ilə 10,5 milyon dollarlıq saziş

Tarixin ən böyük "Bitcoin" oğrusunun məhkəməsi sona çatdı

Bir həftədə 15%-dən çox gəlir - "Keti Ana"nın strategiyası

"X"in əsas rəqibi “Bluesky” - 24 saata 1 milyon yeni qeydiyyat

Məşhur şirkət 3D printerlə ayaqqabı istehsal etdi

Azərbaycanın bank sektoru yaşıl və davamlı layihələr üçün 1,2 milyard dollar ayırıb

"Alibaba"nın dünyada 35% böyüməsi maraq oyadıb - HESABAT

"Alibaba"nın dünyada 35% böyüməsi maraq oyadıb - HESABAT

Dörd tütün zavodu olan şirkət məhkəmə qarşısında

Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?

Mayk Tayson və Ceyk Pol "Netflix"də rinqə çıxacaq - Saatlar qaldı

Texniki Universitet iki ədəd avtomobil alışına 152 min manat ayırıb

Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

ADY sədrinin müavini təyin olunan Arif Ağayev KİMDİR? - DOSYE

E-mail, zəng və mesajlarla bağlı ehtiyatlı olmalıyıq - Sosial mühəndislik hücumları

"Xəyal Adası"nın zərəri azalıb, xərcləri artıb – Hesabat

"Xəyal Adası"nın zərəri azalıb, xərcləri artıb – Hesabat

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin