Aİ ölkəsində yoxsulluq cinayətlərin kəskin artmasına səbəb olub
Estoniyada vətəndaşların sosial-iqtisadi vəziyyətinin pisləşməsi fonunda cinayətlərin artması qeydə alınıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Postimees" nəşri ədliyyə və rəqəmsal texnologiyalar naziri Lisa-Li Pakostaya istinadən yazıb.
Onun sözlərinə görə, əsasən ərzaq və ilkin tələbat mallarını oğurlayanlar daha çoxdur. Saxlanılan şəxslər yaşamaq üçün pulları olmadığı üçün belə bir addım atdıqlarını etiraf ediblər.
Pakosta əlavə edib ki, Estoniyada cinayət nisbəti 10 il ərzində azalıb, lakin sonra yenidən yüksəlməyə başlayıb. Ədliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ildə bu rəqəm təxminən 4% artıb, ən güclü artım dələduzluq halları arasında qeydə alınıb.
Nazirin sözlərinə görə, qeydə alınan cinayətlərin səviyyəsi təxminən dörd faiz artıb:
"Bu yolla biz Avropa trendindən çıxmırıq. Ümumiyyətlə, uzun illərdir ki, Avropada cinayətkarlıq artmaqdadır. İndi isə bu artım Estoniyaya çatıb".
Onun sözlərinə görə, ən güclü artım fırıldaqçılar arasında qeydə alınıb, onların səviyyəsi ötən illə müqayisədə 25 faiz artıb.
"Təəssüflə qeyd etməliyik ki, analitiklər sosial-iqtisadi vəziyyətin pisləşməsini Estoniyada cinayətin artmasına səbəb olan əsas amil hesab edirlər. Təəssüf ki, ərzaq və ilkin tələbat mallarını almağa pulları olmadığı üçün oğurluq etdiklərini deyənlərin sayı da artıb".
"İl ərzində mülkiyyət əleyhinə cinayətlərin sayı artıb. Oğurluq üstünlük təşkil edir, daha sonra fırıldaqçılıq, kompüter fırıldaqları və mənimsəmə gəlir. Son illər sistematik oğurluqların sayı da xeyli artıb. Keçən il hər 10.000 sakinə görə ən çox oğurluq ardıcıl olaraq Tartu, Harju, İda-Viru və Valqa qraflığlarında qeydə alınıb", deyə nazir əlavə edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay