Dünya
15.11.2024 / 13:59
Türkiyədə kirayə haqqına məhdudiyyətin aradan qaldırılması mənzil bazarını canlandırıb
59471
Türkiyənin mənzil bazarında canlanma müşahidə olunur.
Valyuta.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Türkiyədə mənzil bazarının canlanması kirayə qiymətlərinə qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlıdır.
Məhdudiyyətin aradan qaldırılmasından sonra kirayə qiymətlərinin artması vətəndaşları ev sahibi olmağa sövq edir.
Türkiyə Statistika Təşkilatının məlumatına görə, ötən illə müqayisədə mənzil satışı cari ilin sentyabr ayında 37%, oktyabr ayında isə 76,1% artıb. Ötən ay ümumilikdə 165 138 ev satılıb, ipoteka ilə alınan evlər ümumi satışın 12,8%-ni təşkil edib.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay