ABŞ Rusiyanın "bot ferması"nın məhv edildiyini açıqladı
ABŞ Ədliyyə Nazirliyi Rusiya hökumətinin maraqları naminə internetdə informasiya yayan "bot ferması"nın müəyyən edilərək məhv edildiyini açıqlayıb.
Valyuta.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, cinayət sxemində ümumilikdə iki domen adı və 968 uydurma sosial media hesabı iştirak edib, onlardan bəziləri ABŞ-dan olan real istifadəçiləri imitasiya edib.
Departamentin bəyanatında deyilir: "Bot ferması" sosial şəbəkələrdə çox vaxt ABŞ-da fərdi şəxslərə məxsus olduğu iddia edilən uydurma istifadəçilər yaratmaq üçün süni intellekt elementlərindən istifadə edib".
ABŞ Ədliyyə Nazirliyinin rəhbəri Merrik Qarland qeyd edib ki, Amerika və Avropa təhlükəsizlik qüvvələri öz hərəkətləri ilə neyron şəbəkələrdən istifadə edən təbliğat kampaniyasını poza biliblər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay