BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
46278

Rusiya və Ukrayna iki aydır Türkiyə ilə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə dair razılaşma ilə bağlı danışıqlar aparır. Tərəflər hətta Ankaranın elan etməli olduğu mətni razılaşdırıbmışlar, lakin Kiyev qəfildən fikrini dəyişib.

Valyuta.az xəbər verir ki, bu barədə Reuters agentliyinə məsələ ilə tanış olan 4 nəfər məlumat verib. Mənbələr bildiriblər ki, danışıqlar BMT-nin təkidi, Türkiyənin vasitəçiliyi ilə keçirilib.

Qeyd olunur ki, mart ayında “Qara dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsi haqqında” razılaşma əldə olunub. Ukrayna rəsmi olaraq onu imzalamaq istəməsə də, Kiyev bunu martın 30-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın elan etməsinə razılıq verib.
“Son anda Ukrayna qəfildən geri çəkildi və razılaşma pozuldu”, - mənbələrdən birinin dediyi bu sözü digər üç həmsöhbət də təsdiqləyib.

Rusiya, Ukrayna və Türkiyə şərh verməkdən imtina edib. Agentliyin danışdığı şəxslər Kiyevi bu qərarı verməyə nəyin vadar etdiyini bilmirlər.

Razılaşmanın mətnində bildirilir ki, Türkiyə “vasitəçilik səyləri çərçivəsində” Ukrayna və Rusiya ilə Montrö Boğazları Konvensiyasına uyğun olaraq “ticarət gəmilərinin Qara dənizdə sərbəst və təhlükəsiz naviqasiyasını təmin etmək” üçün razılıq əldə edib. Bu 1936-cı il müqaviləsi Türkiyəyə Bosfor və Çanaqqala boğazlarına nəzarət və döyüş gəmilərinin tranzitini tənzimləmək hüququ verir. Sənəd həm də sülh dövründə mülki gəmilərin sərbəst keçidinə zəmanət verir və Qara dəniz ölkələrinə aid olmayan gəmilərin keçidini məhdudlaşdırır.

Demək olar ki, martın 30-da elan edilmiş razılaşmaya əsasən, həm Moskva, həm də Kiyev Qara dənizdəki ticarət gəmilərinə təhlükəsizlik zəmanəti verməli, gəmilər boş olduqda və ya qeyri-hərbi elan olunduqda onlara zərbə endirməyəcək, onları ələ keçirməyəcək və ya axtarış aparmayacağına söz verməlidir.
“Bu zəmanətlər hərbi gəmilərə, hərbi yük daşıyan mülki gəmilərə (beynəlxalq missiyalar çərçivəsində Tərəflərin razılaşdırdığı dəniz nəqliyyatı istisna olmaqla) şamil edilmir”, - saziş layihəsində deyilir.

Müqavilə elan edildiyi andan qüvvəyə minməli idi.

Qeyd edək ki, 2023-cü il iyulun ortalarında Rusiya “taxıl müqaviləsində” iştirakdan imtina edib.

Buna baxmayaraq, 2023-cü ilin dekabrında Ukrayna Rusiya işğalından sonra öz limanları vasitəsilə rekord miqdarda kənd təsərrüfatı məhsulları ixrac edib. Buna dəniz nəqliyyatı üçün ixrac marşrutunun yaradılması sayəsində nail olunub. İxrac, gəmilərin ruslar tərəfindən yoxlanılması zamanı BMT və Türkiyənin vasitəçiliyi ilə əldə edilən “taxıl müqaviləsi” çərçivəsində əldə edilən aylıq həcmləri üstələyib.

“Ukrayna buna Rusiya Qara Dəniz Donanmasının Ukrayna raketləri və pilotsuz suüstü gəmiləri tərəfindən təhdid edildiyi Qara dənizin qərb hissəsində fəaliyyət göstərməsinə mane olmaqla nail olub”, - Britaniya kəşfiyyatı izah edib.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb

Sağlamlıq arayışı ödənişsiz olacaq?

BVF: Son illərdə dünyada ticarət məhdudiyyətləri dörd dəfə artıb

Keçmişin günahları ilə üzbəüz: Yapon peyki Yaponiya kosmik zibili ilə toqquşdu (FOTO)

“Kombat Group”a qarşı ittiham

Ukrayna artıq dəniz terminallarının yarısını itirib - Dmitri Barinov

“Cahan As Company” məhkəmə qarşısında – Şirkət nədə ittiham edilir?

Tezliklə bu "Samsung" smartfonları yeniləmə almayacaqlar

Gömrük Komitəsi “Az Firma”nı nədə ittiham edir?

Səudiyyə Ərəbistanı geosiyasi gərginliyin qlobal iqtisadiyyata təsirindən narahatdır

"Merd Petrol"dan maddi ziyan tələb edilir

Avropa Rusiya qazı ilə bağlı qaz problemini necə həll etdi?

Sement zavodu məhkəmə qarşısında

BVF Avropanın zəifliyinin əsas səbəbini açıqladı

“Qarabağ Avto”ya protokol tərtib edildi

Rusiya iqtisadiyyatı üçün risklər müəyyən edildi

2020-ci ildən indiyə qədər Azərbaycana 190 mln. dollarlıq elektromobil idxal edilib

Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin fəaliyyət istiqamətləri məlum olub

Rabitəbank "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib ®

“Nokia” bu tanınmış modelini yenidən istehsal edəcək

Üç ayda 121 min hektar sahədə yazlıq bitkilər əkilib

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir ®

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Bu peyvəndin əlavə təsiri var imiş - Şirkətdən etiraf

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub

Aqrar Xidmətlər Agentliyinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Keçmiş deputatın bankı cərimələnə bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin