Macarıstan Aİ-nin Ukrayna üçün yardım fondu yaratmasına mane olmayacaq
Macarıstan Ukraynaya 50 milyard avro həcmində hərbi yardım fondunun yaradılmasına mane olmağı dayandıracaq.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən yazıb.
"Budapeşt çərşənbə günü Ukraynaya 50 milyard avro həcmində daha geniş maliyyə yardımı paketinin ayrılması məsələsinin çıxılmaz vəziyyətdə qaldığı Avropa İttifaqı səfirlərinin görüşündə konsensusun əldə olunmasına mane olmayacağını bildirib", deyə nəşr yazıb.
İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiqləmək üçün Macarıstanın baş naziri Viktor Orbana təzyiqlərin artdığı barədə məlumatlar da var.
Bundan əvvəl Macarıstan və Rumıniya Ukraynadan milli azlıqlar haqqında qanunun icrasına nəzarət etmək hüququnu alıb. Milli Azlıqlar haqqında Qanun dilləri Aİ-nin rəsmi dili olan insanlar üçün müəyyən güzəştlər təmin edir. Lakin bu qanun rus dilinə və Ukraynadakı rus milli azlığına şamil edilmir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay