BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
41129

Avropa İttifaqı Rusiyanın tammiqyaslı işğalının ikinci ildönümü ərəfəsində Ukraynaya əlavə yardım paketi hazırlayır.

Valyuta.az xəbər verir ki, "Financial Times" qəzetinin yazdığına görə, paket Qərbin Ukraynaya azaldılmış yardımının bərpasına yönələcək, pul, silah və Rusiya Federasiyasına qarşı sanksiyaları əhatə edəcək.

Nəşrin mənbələrinin bildirdiyinə görə, söhbət həm də yaxın 4 il ərzində Kiyevə 50 milyard avronun ayrılması ilə bağlı çoxdan gözlənilən razılaşmadan gedir, onun bir hissəsi müqavilə bağlanan kimi ödənilə bilər.

Financial Times-ın qeyd etdiyi kimi, Aİ-nin yeni sanksiyaları aktivlərin dondurulması və səyahət qadağaları siyahısına daha çox fiziki və hüquqi şəxslərin əlavə edilməsinə yönələcək.

Bundan əlavə, hər il 5 milyard avro hərbi yardım və dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya köçürülməsi təmin edilir.

Paketə həmçinin Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə bağlı şirkətlər və şəxslər üçün 13-cü sanksiya dəsti daxil olacaq.

Daha əvvəl bildirilmişdi ki, 2023-cü il dekabrın 17-də Ukrayna prezidenti Vladimir Zelenski dondurulmuş Rusiya aktivlərinin Ukraynaya ötürülməsi üçün lazım olan qərarların konturlarının artıq hazırlandığını bildirib.

6 yanvar 2024-cü ildə Zelenski dondurulmuş Rusiyanın xaricdəki təxminən 300 milyard dollarlıq aktivlərinin Ukraynaya köçürülməsinə çağırıb.

16 yanvar 2024-cü ildə ABŞ Rusiya Federasiyasının dondurulmuş aktivlərinin Ukrayna üçün istifadəsi ilə bağlı çətinlikləri elan edib.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrel deyir ki, immobilizasiya olunmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı qərar Aİ Xarici Əlaqələr Şurasının növbəti iclasına qədər veriləcək. Aİ Şurasının iş planına əsasən, növbəti iclas martın 18-nə təyin edilib.

2024-cü il yanvarın 23-də Aİ bir sıra ölkələrin Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı olduğuna eyham vurub.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Zafar Stone" ilə "Prefabrik" arasında nə baş verib?

Mərkəzi Bank şirkəti inzibati məsuliyyətə cəlb edib

"Heineken" Fars Körfəzi regionunda ilk pivə zavodunu tikəcək

"Mara Holdings" kriptovalyuta ehtiyatlarını 34,794 BTC-ə çatdırdı

Səhiyyə Nazirliyi "Auto Azərbaycan"da 258 minlik avtomobil alır

"Ulu Göyçə" gömrük qaydalarını pozdu

"İlham-M" məhkəmə qarşısında

Trampın Avropa üçün tarifləri artırması ən çox Britaniyaya ziyan vuracaq

Səhv diaqnoz qoyan klinikaya 412 milyon dollar cəza

İstanbulda taksilərin rəngi dəyişir (FOTO)

Gəncədə protez-ortez və ortopedik ayaqqabı sexi qurulacaq - 1,9 milyonluq layihə

"Coca-Cola Azərbaycan" bu şirkəti məhkəməyə verdi

Trampın siyasəti səbəbindən yuan rekord səviyyədə dəyərdən düşəcək - CNBC

Alış-veriş çılğınlığı: "Qara cümə" termini harada və necə yaranıb?

Strateji əhəmiyyətli malların Siyahısına dəyişiklik edildi

607 min manat vergi borcu olan şirkət "qara siyahı"ya salındı

Xaricə elektrik enerjisi satışından gəlirlərimiz 250 milyon dollardan çox azalıb - Rəqəmlər

Sabah bu ərazidə qaz olmayacaq

Azərbaycan xaricə 45 min manata kombayn satıb, 340 minə alıb

Xəzər dənizində zəlzələ olub

4 gündür qəza olub, ekspert qiymətləndirməyə gəlmir - “Atəşgah Sığorta”dan şikayət var

“Kiçik Mərdəkan qəsri” bərpa olunur - 700 min manat ayrıldı

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Türkiyəyə şəxsi avtomobillə kimlər gedə bilərlər?

“Baku Bus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır

FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu

Asiya İnkişaf Bankına yeni prezident seçilib

Azərbaycana Türkiyədən bir kiloqramı 357 manata şəkər çuğunduru toxumu gətirilir - ÖLKƏLƏR, QİYMƏTLƏR

Azərbaycana Türkiyədən bir kiloqramı 357 manata şəkər çuğunduru toxumu gətirilir - ÖLKƏLƏR, QİYMƏTLƏR

"KARVAN BROKER" gömrük qaydalarını pozub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin