Johnson & Johnson kanserogen uşaq pudrasına görə 700 milyon dollar ödəyəcək
Amerikanın Johnson & Johnson şirkəti uşaq pudrası problemini həll etmək üçün 700 milyon dollar ödəməyə razılaşıb.
Valyuta.az xəbər verir ki, bu barədə şirkətin baş maliyyə direktoru Cozef Volk The Wall Street Journal-a bildirib.
Wolk nəşrə bildirib ki, ABŞ-ın əksər ştatlarının baş prokurorları ilə prinsipial razılaşma şirkət üçün “vacib addımdır”, çünki o, “bu məsələni əsaslı şəkildə arxada qoymağa” çalışır.
Jurnalistlər xatırladıblar ki, Amerikanın 42 ştatı tərkibində kanserogen asbest olduğu üçün xərçəngə səbəb ola biləcək talk əsaslı uşaq pudrası ilə bağlı şirkətə qarşı iddia qaldırıb. 2020-ci ildə Johnson & Johnson çoxsaylı məhkəmə çəkişmələri səbəbindən ABŞ və Kanadada pudra satışını dayandırıb. Eyni zamanda, şirkət məhsulun təhlükəsiz olduğunda təkid edib.
2023-cü ilin aprel ayında Johnson & Johnson, talk məhsulları ilə bağlı iddialar üçün 8,9 milyard dollar ödəməyə hazır olduğunu açıqlayıb. Eyni zamanda, ilk iddianın Rusiyada Johnson & Johnson-a qarşı qaldırıldığı bildirilib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay