Dünya
23.01.2024 / 15:57
Çin ən böyük ultra-dərin şist qaz yatağı kəşf edir
40979
Çinin "Sinopec" neft-qaz şirkəti Siçuan əyalətində yeni ultradərin "Hexingchang" şist qaz yatağı kəşf edib.
Valyuta.az bu barədə “İnterfaks” agentliyinə istinadən xəbər verir.
Şirkətin məlumatına görə, onun təsdiq edilmiş ehtiyatları 133 milyard kubmetr təşkil edir. Bu, Çində aşkar edilmiş bu miqyasda ilk ultradərin şist yatağıdır. "Sinopec" bundan əvvəl Siçuanda bir neçə böyük təbii qaz yatağı kəşf etmişdi. Yeni kəşf Çinin resurs bazasını artıracaq.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay