BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
40968

Çin hakimiyyəti çökən fond bazarını sabitləşdirmək üçün xüsusi fond yaratmağı düşünür. 

Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, onun ölçüsü təxminən 2 trilyon yuan və ya 278 milyard dollar ola bilər.

Vəsaitlərin əsasən dövlətə məxsus Çin şirkətlərinin ofşor hesablarından çıxarılması planlaşdırılır. Daha sonra onlar Honq Konq birjası vasitəsilə səhm almağa yönəldiləcək. Bundan əlavə, artıq səhmlərə investisiya üçün daxili fondlardan 300 milyard yuan (42 milyard dollar) ayrılıb.

Bu tədbirlər indeksləri son 5 ildə ən aşağı səviyyəyə enən Çin fond bazarının çöküşünü dayandırmaq üçün nəzərdə tutulub. 2021-ci ilin əvvəlindən Çin şirkətlərinin ümumi kapitallaşması 6 trilyon dollar azalıb.

Pekin fondu yaratmaqla yanaşı, yerli investorları sakitləşdirməyə çalışır. Lakin qurum bunun üçün hansı tədbirlərin tətbiq olunduğunu dəqiqləşdirmir.

Bundan əvvəl "Moody's" reytinq agentliyi Çinin suveren istiqrazları üzrə proqnozunu mənfiyə endirib. Analitiklər hesab edir ki, Çin tikinti sənayesində böhran və xarici investisiyaların azalması fonunda iqtisadi durğunluq dövrünə qədəm qoyub.

Ötən həftə məlum olub ki, Çinə birbaşa xarici investisiya axını il ərzində 8% azalıb.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Honq Konq rəqəmsal yuanı sınaqdan keçirməyə başlayır

Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

Borrel: Avropa iqtisadiyyatı Çinlə rəqabətə tab gətirə bilməz

Azərbaycanda vergi forumu keçiriləcək

Azərbaycanda vergi forumu keçiriləcək

Yeni açılan iş yerlərinin 80 faizi Bakıdadır - Statistika

ABŞ daxili bazardan 3,4 milyard dollar dəyərində uran alacaq

Unistream ödəniş sistemi Gürcüstana köçürmələri bərpa etdi

"Həyat-Müayinə, Məsləhət Və Müalicə Mərkəzi" cərimələnib

Məşhur tikinti şirkətinin 5 milyon borcu var - Rəhbərinə "stop" qoyuldu

Çində istehlak aktivliyi sürətlə yavaşlayır

Bakıda əmək yarmarkaları keçiriləcək

Finlandiya ruslara ölkədə daşınmaz əmlak almağı qadağan edəcək

Modern Hospital cərimələnə bilər

Məşhur sahibkar cərimələnir

Əfqanıstan Rusiyadan daimi neft məhsulları alışına qayıtmaq istəyir

Prezidentlər Füzuli və Şuşaya səfər edib (YENİLƏNİB)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin