Aİ Rusiya alüminiumuna qarşı sanksiyalar tətbiq edə bilər
Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketinə alüminium məhsullarına məhdudiyyətlər daxil ola bilər.
Valyuta.az xəbər verir ki, bu barədə “Politico” avropalı diplomatlar arasında olan mənbələrə istinadən yazıb.
“Rusiya alüminium məhsulları Aİ-nin Rusiya Federasiyasına qarşı növbəti sanksiyalar paketinin diqqət mərkəzində olan mallar sırasındadır”, deyə mənbələr jurnalistlərə bildiriblər.
Yüksək səviyyəli diplomatlardan birinin sözlərinə görə, Aİ artıq demək olar bütün mümkün sanksiyaları tətbiq edib və elə bir vəziyyətdədir ki, “fikirlər quruyur və çox yaradıcı olmaq lazımdır”. Eyni zamanda mənbə qeyd edib ki, bir sıra ölkələrin Rusiyanın enerji resurslarından asılı vəziyyətinə görə nüvə sənayesi və ya maye qazın ixracına məhdudiyyətlər mümkün deyil.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay