Rusiya Çinə neft tədarükündə Səudiyyəni geridə qoydu
2023-cü ildə Rusiya Səudiyyə Ərəbistanını qabaqlayıb və 2018-ci ildən bəri ilk dəfə olaraq Çinə neft tədarükünün əsas mənbəyi olub.
Valyuta.az xəbər verir ki, "Bloomberg" bu barədə Çin gömrük məlumatlarına istinadən yazıb.
Çin rekord həddə - 107 milyon ton Rusiya nefti idxal edib ki, bu da əvvəlki illə müqayisədə təxminən 25 faiz çoxdur. 86 milyon tona yaxın yaxın Səudiyyə Ərəbistanından alınıb. Bir barel üçün 60 dollar qiymət limitinə baxmayaraq, Çin neftayırma zavodları ucuz rus neftini aktiv şəkildə alırlar. Agentlik qeyd edir ki, Uzaq Şərqdən gələn neft marşrutların yaxınlığına görə məşhurdur.
KİV-in məlumatına görə, ötən il Rusiya neftinin Çin üçün orta qiyməti 77 dollar/barel olub. Üçüncü və dördüncü tədarükçülər İraq və Malayziyadır. İrandan gələn neft tez-tez Malayziya nefti adı altında bəyan edilir.
Nəşr yazır ki, Rusiya həm də 9,6 milyon ton həcmində Çinə mazut ixrac edən ən böyük ölkə olub.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay