Dünya
22.01.2024 / 23:51
Müxalifət Moldovada iqtisadi böhranın gücləndiyini iddia edir
40874
Moldova iqtisadiyyatı böhran içindədir, ölkədə enerjinin yüksək qiymətləri son iki ildə 10%-dən çox azalan sənaye istehsalını rentabelsiz edib.
Valyuta.az xəbər verir ki, bu barədə Moldovanın müxalif Renessans Partiyasının “Telegram” kanalında dərc olunmuş bəyanatında deyilir.
“Moldova iqtisadiyyatı sürətlə kiçilir. Rəsmi məlumatlara görə, son iki ildə ölkəmizdə sənaye istehsalı 10 faizdən çox azalıb. Azalmanın səbəblərini başa düşmək üçün iqtisadçı olmağa ehtiyac yoxdur - yüksək enerji qiymətləri ölkəmizdə sənaye istehsalını zərərli edib", deyə partiyanın bəyanatında bildirilir.
Partiyanın fikrincə, Moldovada hakimiyyət sadəcə olaraq real sektorun problemlərindən uzaqlaşıb
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay