Dünya
20.01.2024 / 17:05
Süveyş kanalı ilə yük daşımaları kəskin azalıb
40811
Qırmızı dənizdəki hərbi münaqişə fonunda Süveyş kanalı ilə yük daşımaları 40% azalıb.
Valyuta.az xəbər verir ki, bu barədə "RİA Novosti" Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin Aralıq dənizi Araşdırmaları Mərkəzinin analitiki Aleksandr Nadjarova istinadən məlumat yayıb.
"İqtisadi effekt artıq göz qabağındadır: Süveyş vasitəsilə yük daşımaları 40% azalıb", deyə o, qeyd edib.
Onun sözlərinə görə, Avropaya dəniz idxalı rekord həddə - koronavirus pandemiyası dövründəkindən aşağı düşüb və gəmilərin kirayə qiyməti də artıb.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay