Britaniyalılar Rusiya üzündən sevimli yeməklərindən məhrum ola bilərlər
Britaniya gəmilərinə Barents dənizində balıq tutmağı qadağan edən Rusiyanın mümkün qərarı Britaniya sakinlərini milli balıq və çipsdən ibarət yeməksiz qoya bilər.
Valyuta.az xəbər verir ki, bu barədə Daily Mail yazır.
Nəşrin yazdığına görə, Britaniyanın sevimli yeməklərindən biri Moskvanın Britaniya gəmilərinə Rusiya Arktikasının sularında balıq tutmağa icazə verən sazişi denonsasiya etmək planlarına görə təhlükə altındadır.
Britaniya şirkətləri Rusiyanın ərazi sularında ətindən balıq və çipsdə istifadə olunan böyük miqdarda mezgit və treska tuturlar. Belə ki, ötən il Barents dənizində 566 min tondan çox treska ovlanıb.
Materialda qeyd edilir ki, Rusiyanın qərarı Moskvanın Londonun sanksiyalarına cavabı olub. Jurnalistlərin fikrincə, Rusiya prezidenti Vladimir Putin “Britaniyaya balıq müharibəsi elan edib”.
Yanvarın 18-də Rusiya hökuməti Böyük Britaniya ilə 1956-cı ildə imzalanmış balıqçılıq müqaviləsini ləğv edən qanun layihəsini təsdiqləyib.
2022-ci ildə Britaniya Rusiya ilə ən çox güzəştli dövlət ticarətinə son qoyub və bəzi Rusiya mallarına əlavə 35 faizlik tarif tətbiq edib. Bu isə Rusiya hökumətinin cavabına səbəb olub. Rusiya Federasiyasından dəmir, polad, gübrə, ağac, ağ balıq, eləcə də bir sıra digər kateqoriyalı mallar ölkəyə gətirilərkən əlavə rüsum tutulur.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay