Almaniya iqtisadiyyatı 2024-cü ildə yavaşlamağa davam edəcək
2024-cü ildə Almaniya iqtisadiyyatı tənəzzüldə davam edəcək.
Valyuta.az xəbər verir ki, bu proqnozu Niderkandın ən böyük bank qrupu ING-nin makroiqtisadi araşdırmalar şöbəsinin rəhbəri Karsten Brzeski paylaşıb.
"2000-ci illərin əvvəllərindən bəri ilk dəfə Almaniya iki illik tənəzzül yaşayır", deyə Karsten Brzeski bildirib.
Onun fikrincə, indi bir çox mənfi amillər var: təchizat zəncirlərinin pozulması, enerji qiymətlərindəki dalğalanmalar, sürətlənmiş inflyasiya templəri və alman məhsullarına Çin tələbinin azalması.
Destatis Federal Statistika Agentliyinin rəsmi məlumatında qeyd edilir ki, ötən ilin nəticələrinə görə, Almaniya iqtisadiyyatı 0,3% kiçilib. Karsten Brzeski 2023-cü ili Almaniya üçün daimi böhran ili adlandırıb.
Bir gün əvvəl Almaniyanın vitse-kansleri, iqtisadiyyat naziri və “İttifaq 90/Yaşıllar” partiyasının rəhbəri Robert Habek Ukraynaya yardıma görə ölkə iqtisadiyyatının kifayət qədər vəsait əldə etmədiyini bildirib. O, həmçinin etiraf edib ki, Almaniya Rusiya qazı olmadan rəqabətsiz hala düşüb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay