Avstriya Rusiya qazının tədarükünün dayandırılmasından narahatdır
Avstriyanın OMV neft-qaz şirkəti Rusiya qazının Ukrayna vasitəsilə nəqlinin dayandırılmasından ehtiyat edir.
Valyuta.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Alfred Ştern “Die Presse” qəzetinə müsahibəsində bildirib.
"Biz hesab edirik ki, böyük risk var... Rusiya və Ukraynadakı şirkətlər 2024-cü ilin sonunda qaz kəmərindən istifadəyə dair yeni müqavilə imzalamalı olacaqlar. Risk yüksəkdir, lakin biz diversifikasiya yolu ilə ondan hedcinq almışıq. Biz buna hazırıq”, deyə Ştern bildirib.
2023-cü ilin dekabrında Avstriyanın "eXXpress" nəşri ölkənin gözləntilərin əksinə olaraq Rusiya qazından asılılığını artırdığını yazmışdı. Oktyabrda ölkə ümumi idxal olunan yanacağın təxminən 90%-ni Rusiyadan alıb.
Qeyd olunub ki, 2023-cü ilin üçüncü rübündə Avstriyanın OMV şirkəti “Qazprom”dan bir il əvvəlkindən iki dəfə çox qaz alıb. Eyni zamanda, oktyabr ayında OMV-nin tədarükləri diversifikasiya etmək üçün tədbirlər axtardığı bildirilirdi.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay