Türkiyə Ticarət Nazirliyi Rusiyadan pul köçürmələri ilə bağlı problemi öz üzərinə götürdü
Türkiyə Ticarət Nazirliyi Rusiyadan Türkiyəyə pul köçürmələri ilə bağlı problemlərlə bağlı vəziyyətə müdaxilə edib.
Valyuta.az xəbər verir ki, TASS bu barədə ölkənin Ticarət Nazirliyinə yaxın mənbəyə istinadən yazır.
“Bir sıra türk banklarının Rusiyadan ödənişləri emal etməkdən imtina etməsi ilə bağlı vəziyyətə Ticarət Nazirliyi müdaxilə edib. Nazirlik bu cür problemlərlə üzləşən şirkətlərdən təkliflər toplayır”, - deyə mənbə jurnalistlərə bildirib.
İstanbul Ticarət Palatasının agentliyə izah etdiyi kimi, özəl banklar vasitəsilə köçürmələrlə bağlı çətinliklər yaranıb və yəqin ki, yanvarın sonuna kimi vəziyyət həll olunacaq. Oxşar ehtimalı Türkiyə Podratçılar Birliyinin lideri Mustafa Gültəpə də səsləndirib.
Eyni zamanda, işgüzar dairələrdəki mənbələr TASS-a bildiriblər ki, vəsaitlərin köçürülməsi ilə bağlı problem yaxın gələcəkdə həll olunmasa, bir sıra müəssisələr bağlana bilər, çünki Rusiya Federasiyası bir çox şirkətlər üçün ən böyük müştəridir.
Rusiya şirkətləri uzun müddətdir ki, Türkiyəyə vəsait köçürməkdə çətinlik çəkirlər. 2024-cü il yanvarın 1-dən vəziyyət xeyli pisləşib: Türkiyənin demək olar ki, bütün kredit təşkilatları ABŞ sanksiyaları altına düşmək qorxusu ilə əməliyyatları icra etməkdən imtina etdilər. Bəzi banklar hətta əvvəllər qəbul edilmiş köçürmələri əməliyyatların “qadağan olunmuş mallara” aid olduğu şərhi ilə geri qaytarıblar.
Daha əvvəl bildirilmişdi ki, Rusiya Federasiyasından Türkiyəyə pul köçürmələri ilə bağlı problem həftənin sonuna kimi həll oluna bilər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay