"Amazon" Rusiya "qanunlarına məhəl qoymadığına görə" cəzalandırıla bilər
Amerika internet nəhəngi “Amazon” Rusiya qanunlarını pozduğuna görə cərimələnən xarici şirkətlər sırasındadır.
Valyuta.az bu barədə TASS-a istinadən xəbər verir.
Məlum olduğu kimi, 422 saylı Sülh Dairəsi Məhkəməsinə “Amazon”a və digər 10 xarici hüquqi şəxsə qarşı inzibati xətalar haqqında məlumat daxil olub.
Şirkətlər "Rusiya vətəndaşlarının və təşkilatlarının müraciətləri üçün elektron forma yerləşdirmədən və ya filial, nümayəndəlik və ya Rusiya hüquqi şəxsi yaratmadan Rusiya ərazisində internetdə fəaliyyət göstərmək"də ittham olunur.
Yanvarın 17-də bu protokollar üzrə iclasın keçirilməsi nəzərdə tutulub. Şirkətlər əvvəlki il üçün ümumi gəlirlərinin 1/15-dən 1/10-a qədər cərimə ilə üzləşirlər.
"Amazon" "qanunu pozduğuna görə" Rusiyada dəfələrlə məsuliyyətə cəlb edilib. 2022-ci ilin oktyabrında şirkət narkotik vasitələri təbliğ edən qadağan olunmuş məzmunu silməkdən imtina etdiyinə görə 3 milyon rubl cərimələnib. Keçən ilin noyabrında isə "Amazon" Rusiyada qadağan olunmuş məlumatların yerləşdirilməsinə görə 1 milyon rubl cərimələnib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay