Dünya
17.01.2024 / 12:56
Avropa anbarlarında qaz ehtiyatları 79%-dən aşağı düşüb
40596
Avropada yeraltı anbarlarda (UGS) qaz ehtiyatlarının səviyyəsi regionda soyuq hava şəraiti ilə əlaqədar 79%-dən aşağı düşüb.
Valyuta.az bu barədə TASS-a istinadən xəbər verir.
İstilik mövsümü başlayandan Avropa İttifaqı ölkələri yeraltı qaz anbarlarından 26 milyard kubmetrdən çox qaz çıxarıb. Proqnozlara görə, yanvar ayı Avropada soyuq olacaq: iqlim normasından bir dərəcə aşağı və 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 dərəcə soyuq.
Bir gün əvvəl iqtisadçı, "Otkritie Bank"ın keçmiş baş vitse-prezidenti Konstantin Tserazov bildirib ki, Avropa bu istilik mövsümündən problemsiz keçəcək.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay