AK Ukraynadan Aİ-yə rüsumsuz mal idxalının uzadılmasının tərəfdarıdır
Avropa Komissiyası Ukraynadan Avropa İttifaqı ölkələrinə malların, o cümlədən kənd təsərrüfatı məhsullarının rüsumsuz idxalı rejimini daha bir il uzatmağı planlaşdırır.
Valyuta.az xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Ulof Gill deyib.
"Ukrayna üçün avtonom ticarət tədbirləri mexanizminin mümkün uzadılması təklifi hazırda müzakirə olunur. Onun gələn həftə təqdim olunması gözlənilir", deyə AK rəsmisi bildirib.
Ulof Gill diqqətə çatdırıb ki, bir neçə gün əvvəl Avropa İttifaqının kənd təsərrüfatı üzrə komissarı Yanuş Voytsexovski Ukrayna kənd təsərrüfatı məhsullarının nəzarətsiz idxalından narahat olan avropalı fermerlərlə görüş keçirib. Fermerlər AK-ı bu sahədə nəzarəti gücləndirməyə çağırıblar. AK yekun qərarı verərkən bu istəkləri nəzərə alacağına söz verib.
2022-ci ilin iyununda Avropa İttifaqı Kiyevə ixracı artırmağa kömək etmək üçün Ukraynadan gələn bütün mallara tarifləri bir il müddətinə dayandırmaq qərarına gəlib. Daha sonra bu rejim 2024-cü ilin iyun ayına qədər uzadılıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay