Böyük rus şirkətləri kütləvi şəkildə Kiprin yurisdiksiyasını tərk edir
Böyük rus şirkətləri kütləvi şəkildə Kiprin yurisdiksiyasını tərk edirlər .
Valyuta.az xəbər verir ki, bu barədə Phileleftheros qəzeti yazır.
Nəşrin məlumatına görə, 10-dan çox Rusiya şirkəti respublikanı həmişəlik tərk edib.
“Rusiya nəhəngləri kütləvi şəkildə ayrılır - 10-dan çox şirkət həmişəlik tərk edib <...> bizim adanı özlərinə baza seçmiş Rusiya şirkətlərinin kütləvi şəkildə getməsi artıq faktdır və bu, davam edəcək”, - nəşr yazır.
Öz sektorlarında böyük ölçüdə iş həcminə malik şirkətlərin yaxın aylarda Kiprdən çıxması gözlənilir və gələcəkdə digər bizneslər də onları izləyə bilər.
Bundan əvvəl, Tinkoff Bank-ın əsas strukturu olan TCS Group-un səhmdarları Kiprdən bir qrup şirkətin Rusiyanın xüsusi inzibati bölgəsinə redomisiliasiyasını təsdiqləyiblər.
Redomisiliasiya bir şirkətin başqa yurisdiksiyaya köçürülməsi və ya qeydiyyata alınmasıdır. Üstəlik, bu proses onun strukturunda dəyişiklik demək deyil, həmçinin şirkətin aktiv və öhdəliklərinə təsir göstərmir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay