MAQATE Zaporojye AES-in reaktorunda “soyuq dayandırma” rejimini təsdiqlədi
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE ) ekspertləri Zaporojye AES-in 6 nömrəli enerji blokunun reaktor zalına daxil olub və reaktorun “soyuq dayandırma” rejimində olduğunu təsdiqləyiblər.
Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyə istinadən yazır.
Bazar ertəsi ekspertlər qrupu reaktorun əsas komponentlərini, təhlükəsizlik sisteminin otaqlarını və qəza dizel generatorlarını yoxlayıb.
Əvvəllər ekspertlərə reaktor zalına giriş qadağan edilmişdi, lakin onlara giriş icazəsi verildikdən sonra MAQATE komandası reaktorun “soyuq dayandırma” vəziyyətində olduğunu təsdiqləyib. Mütəxəssislər həmçinin enerji blokunun turbin otağına və digər təhlükəsizlik sistemlərinə baxış keçiriblər.
Yanvarın 11-də Rusiya Müdafiə Nazirliyinin Zaporojye AES-də MAQATE-nin təhlükəsiz rotasiyasını həyata keçirdiyi barədə məlumat yayılıb.
Zaporojye Atom Elektrik Stansiyası Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Stansiya AES-in bloklarının sayına və quraşdırılmış gücünə görə Avropada ən böyüyüdür - giqavat gücündə altı enerji blokuna malikdir. 2022-ci ilin oktyabrında AES Rusiya tərəfindən ələ keçirilib. MAQATE ekspertləri agentliyin baş direktoru Rafael Qrossinin əraziyə ilk səfərindən sonra 2022-ci il sentyabrın 1-dən Zaporojye AES-də işləyirlər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay