Rusiyadan Türkiyəyə pul köçürmələri problemi həftənin sonuna kimi həll oluna bilər
Rusiyadan Türkiyəyə pul köçürmələri ilə bağlı yaranmış vəziyyətin həlli istiqamətində işlər davam edir və həftənin sonuna kimi problemin həll olunacağı gözlənilir.
Valyuta.az xəbər verir ki, Türkiyə ixracatçıları bankların Rusiyadan pul köçürmələrini həyata keçirməkdən imtina etməsi problemi ilə üzləşib və bu, yanvarın 1-dən pul köçürmələrinin demək olar ki, tamamilə dayandırılmasına səbəb olub.
Anonimlik şərti ilə jurnalistlərə ölkənin dövlət banklarından birindəki mənbə bildirib ki, Türkiyənin bank sektoru Türkiyə tərəfinin anti-Rusiya sanksiyalarından yan keçməyə kömək etdiyinə dair sübut tapmayıb.
Ticarət Nazirliyi məsələni öyrənməyə başlayıb.
Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmur, həm də onlardan yan keçməyə imkan vermir. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub.
“Kommersant” daha əvvəl yazmışdı ki, sanksiyalardan qorxduğu üçün türk bankları Rusiya şirkətləri ilə əməkdaşlıqdan imtina edir .
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay