Yaxın Şərqdəki vəziyyət qaz bazarına necə təsir edir? - İqtisadçı
Yaxın Şərqdə baş verən hadisələrin qlobal və Avropa qaz qiymətlərinə ciddi təsir göstərməsi ehtimalı azdır.
Valyuta.az xəvər verir ki, bunu rusiyalı iqtisadçı Konstantin Tserazov gazeta.ru-ya deyib.
Onun sözlərinə görə, bazar hələ də LNG tədarükünün sabitliyindən narahatlığını ifadə etməyib.
"Bu həftə TTF qovşağında qaz fyuçersləri avqust ayından bəri ilk dəfə MVt/saat üçün 30 avrodan aşağı düşdü. Qışın əvvəlinə Avropada rekord yanacaq ehtiyatı toplanıb və yaxın günlərdə istiləşmə gözlənilir", deyə Tserazov bildirib.
Ekspertin fikrincə, Yaxın Şərqdə qeyri-sabitlik fonunda qiymətlərin aşağı düşməsi qaz təchizatının davamlı olaraq tələbi üstələdiyini göstərir. Ekspert hesab edir ki, Avropa bu isitmə mövsümündən problemsiz çıxacaq.
Bundan əlavə, Tserazov neft və qaz qiymətlərindəki uyğunsuzluğu qeyd edib. Onun sözlərinə görə, bu, mavi yanacağın qıtlığının olmadığına daha bir siqnaldır. Ekspert onu da vurğulayıb ki, LNG tədarükləri Asiyada Avropadan daha bahadır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay