Rosaviasiya Misirə uçuşlar üçün bu 27 təyyarədən istifadəni yasaqladı – Qorxu
Federal Hava Nəqliyyatı Agentliyi "Aeroflot" və "Rossiya" aviaşirkətlərinə teleqramlar göndərərək, Misirə uçuşlar üçün Dövlət Nəqliyyat Lizinq Şirkətinin (STLC) 27 təyyarəsindən istifadə etməməyi tövsiyə edib.
Valyuta.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti teleqramların mətnlərinə istinadən yazıb.
Nəşrin məlumatına görə, mesajlar ötən həftə göndərilib.
“Biz 12 yanvar Moskva vaxtı ilə saat 12:00-dan xüsusi qərar qəbul olunana qədər Misir Ərəb Respublikasındakı məntəqələrə uçuşlar həyata keçirməyi tövsiyə etmirik”, - teleqramda deyilir.
Aeroflot-a 24 təyyarədə - 10 Airbus A320, doqquz Boeing 777-300ER , dörd Airbus A321 və bir Airbus A350, Rusiya Hava Yollarına isə üç Boeing 737-800 təyyarəsindən istifadə etməmək tövsiyə olunub.
Qeyd olunur ki, tövsiyələr Misir hava limanlarında təyyarələrin ələ keçirilmə riski barədə məlumat alındıqdan sonra göndərilib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay