Dünya
15.01.2024 / 19:10
Avropada qaz qiymətləri 2023-cü ilin avqust səviyyəsinə endi
40477
Avropada qazın bazar ertəsi hərracda qiyməti 24 avqust 2023-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.
Valyuta.az xəbər verir ki, bunu "ICE Futures" birjasında ticarət məlumatları sübut edir.
Niderlandın TTF qovşağında fevral fyuçerslərinin qiyməti dərhal min kubmetr üçün 338,1 dollara düşüb. Bakı vaxtı ilə saat 18:24-ə olan məlumata görə, qiymət min kubmetr üçün 342,11 dollar təşkil edib.
Ötən həftə Qətərin Qırmızı dəniz vasitəsilə LNG tədarükünü müvəqqəti dayandırmasına baxmayaraq, qaz qiymətləri düşür. Qərar ABŞ və Böyük Britaniyanın yanvarın 12-nə keçən gecə Yəməndə husilərin hədəflərinə silsilə hücumlar həyata keçirməsindən sonra verilib. Qətər Avropaya ikinci ən böyük LNG tədarükçüsüdür.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay