"Bloomberg": ABŞ Konqresi 70 milyardlıq vergi endirimi paketini müzakirə edir
Bu il konqresmenlər biznes və ev təsərrüfatları üçün əlavə vergi güzəştləri vasitəsilə ABŞ iqtisadiyyatını stimullaşdırmaq məqsədiylə tədbirlər paketi üzərində razılığa gələ bilərlər .
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" yazır.
Nəşr qeyd edir ki, Amerika iqtisadiyyatı yeni axına hazırlaşır və bu axın tənzimləyicilər biznes və ailələri dəstəkləmək üçün 70 milyard dollar dəyərində vergi güzəştləri ilə bağlı sövdələşməni dəstəklədiyi təqdirdə baş verəcək.
Nəşr vurğulayır ki, Kapitol hazırda müddəti bitmiş proqramın 2025-ci ilə qədər uzadılmasını müzakirə edir. Onun əsas vəzifəsi ABŞ-da istehlak xərclərini stimullaşdırmaqdır. Nəşr qeyd edir ki, faydalar 2023-cü ildə tənəzzüldən qaçaraq “yumşaq eniş” keçirən ölkə iqtisadiyyatına inflyasiya təzyiqini artıra bilər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay