Konqress şatdaunun qarşısını almaq üçün iki səviyyəli plan qəbul edə bilər
ABŞ Konqresi hökumətin bloklanmasından (şatdaun) qaçmaq və hökumətin maliyyələşdirilməsini genişləndirmək üçün iki səviyyəli plan qəbul edə bilər. Spiker Mayk Conson bu variantı dəstəkləyir.
Valyuta.az xəbər verir ki, bu barədə Amerikanın "Politico" qəzeti mənbələrə istinadən yazıb.
"Yeni maliyyələşdirmə paketi federal qurumlara iki fərqli vaxt çərçivəsində fəaliyyət göstərməyə imkan verəcək... Bəzi federal agentliklərin maliyyələşdirilməsi martın 1-də, digərlərinin maliyyələşdirilməsi isə martın 8-də başa çatacaq", deyə mənbə bildirib.
Qeyd olunur ki, gələn həftə Konqresdə hökumətin iki səviyyəli maliyyələşdirmə tədbiri ilə bağlı səsvermə keçiriləcək.
ABŞ-da şatdaun ABŞ Konqresinin dövlət qurumlarının fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı razılığa gələ bilmədiyi zaman yaranan vəziyyətdir. Bu halda dövlət qulluqçuları ödənişsiz məzuniyyətə çıxırlar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay