Qırmızı dənizdəki böhran "Tesla"nı da vurdu: Bu ölkədəki istehsalı dayandı
ABŞ-da yerləşən elektrikli avtomobil istehsalçısı “Tesla”, Qırmızı dənizdə gəmilərə edilən hücumların tədarük zəncirinə təsir göstərməsi səbəbindən Berlindəki fabrikində istehsalı iki həftə dayandırmaq qərarına gəldiyini açıqlayıb.
Publika.az xəbər verir ki, “Tesla” tərəfindən edilən açıqlamada Qırmızı dənizdəki silahlı qarşıdurmaların və bunun nəticəsində Ümid burnu üzərindən Avropa ilə Asiya arasındakı gəmiçilik marşrutlarının dəyişməsinin tədarük zəncirində əks olunduğu və bunun Almaniyadakı istehsala təsir etdiyi bildirilib.
Uzadılmış daşınma müddətlərinin tədarük zəncirlərində boşluq yaratdığına diqqət çəkən açıqlamada yanvarın 29-dan fevralın 11-nə qədər bir neçə bölgə istisna olmaqla, Berlin-Brandenburq- Gigafactorydə çatışmayan komponentlər səbəbindən avtomobil istehsalını dayandırıldığı bildirilir.
Qırmızı dənizdə ticarət gəmilərinə edilən hücumlar və şirkətlərin ardıcıl olaraq qəbul etdikləri qərarlar qlobal iqtisadiyyatda yeni “təchizat zənciri böhranı”nın başlayacağına dair narahatlıqları artırır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay