Bu ölkədə illik inflyasiya 200%-i ötdü
Argentinanın istehlak qiymətləri 2023-cü ildən indiyədək 200%-dən çox artaraq, 1990-cı illərin əvvəllərindən bəri ən yüksək səviyyəyə çatıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.
Argentina statistika agentliyinin məlumatına görə, 12 ay ərzində ölkədə illik inflyasiya 211,4% təşkil edib. Son bir ayda isə bu göstərici 25,5% artıb. Argentinalıların alıcılıq qabiliyyəti dekabr ayında orta hesabla təxminən 10% azalıb, maaşlar qiymətlərdən daha yavaş artıb.
Nəticədə, istehlak qiymətlərinin artımı baxımından Argentina uzun müddətdir Latın Amerikasında inflyasiya üzrə liderliyini qoruyan Venesuelanı (2023-cü ildə +193%) ötüb.
Analitiklərin fikrincə, Argentinada inflyasiya yanvar-fevral aylarında yüksək olaraq qalmağa davam edəcək. Mütəxəssislərin fikrincə, yazda ölkədə yeni prezident Xavyer Mileyin hakimiyyətə gəlməsi ilə bağlı müsbət dəyişikliklər baş verəcək. Yeni dövlət başçısı inflyasiyanı yumşaltmaq və dərin büdcə kəsirini azaltmaq üçün nəzərdə tutulmuş iqtisadi plan təklif edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay