Dünya
12.01.2024 / 13:31
“Brexit” Britaniya iqtisadiyyatına 140 milyard funt-sterlinqə başa gəlib
40327
Böyük Britaniya iqtisadiyyatı “brexit” səbəbindən demək olar ki, 140 milyard funt-sterlinq (178,7 milyard dollar) və ya ümumdaxili məhsulun 6 faizini itirib.
Valyuta.az xəbər verir ki, bunu London meri Sadiq Xan deyib. Onun sözlərinə görə, ölkənin Avropa İttifaqını tərk etməsi paytaxt iqtisadiyyatına 30 milyard funt-sterlinqdən çox zərər vurub.
“Brexit arxada qoya biləcəyimiz kiçik problem deyil. O, ən çətin vaxtlarda insanların və müəssisələrin imkanlarının, biznesinin və gəlirlərinin itkisinə səbəb olan mövcud böhranının əsas səbəbidir”, - deyə Sadiq Xan bildirib.
Qeyd olunub ki, 2023-cü ildə hər britaniyalı “brexit” səbəbindən orta hesabla təxminən 2 min, Londonun hər bir sakini isə 3 min 400 funt-sterlinq itirib.
©AZƏRTAC
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay