ABŞ üç Rusiya təşkilatına və bir şəxsə qarşı sanksiya tətbiq etdi
ABŞ KXDR-dən Rusiya Federasiyasına raketlərin ötürülməsi iddiası ilə əlaqədar üç Rusiya hüquqi və bir fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.
Valyuta.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinkenin Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatında deyilir.
Sənədə əsasən, “224-cü aviasiya dəstəsi” dövlət aviaşirkətinə və onun direktoru Vladimir Mixeyçikə qarşı sanksiyalar tətbiq edilib. Bundan əlavə, Həştərxan vilayətində Aşuluk və Vladimirovka poliqonları ilə bağlı məhdudiyyətlər tətbiq edilib. Sanksiyalar siyahısında həmçinin “2023-cü ilin noyabr və dekabr aylarında KXDR-ə ballistik raketlərin və əlaqədar yüklərin tədarükü”ndə iştirak etdiyi iddia edilən dörd təyyarə də var.
Blinkenin bəyanatından belə çıxır ki, “KXDR-dən ballistik raketlərin Rusiyaya ötürülməsində və sınaqdan keçirilməsində əli olduğu” iddia edilən şəxslərə qarşı sanksiyalar tətbiq edilib. ABŞ dövlət katibinin fikrincə, Rusiya Federasiyasına ballistik raketlər göndərdiyi iddia edilən KXDR ilə hərbi-texniki əməkdaşlıq “yayılmama rejimini pozur”. Blinken ABŞ-ın iddia edilən raket ötürülməsində iştirak edən "fərd və qurumlara" qarşı əlavə tədbirlər görməyə hazır olacağını bildirib.
Sanksiyalar siyahısına daxil edilməsi ABŞ-dakı aktivlərin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasının qadağan edilməsi deməkdir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dəfələrlə vurğulayıb ki, Qərb ölkələrinin Rusiya ilə KXDR arasında qeyri-qanuni hərbi-texniki əməkdaşlıqda ittihamları əsassızdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bundan əvvəl Vaşinqtonun Pxenyanın Moskvaya hərbi yardım göstərməsi ilə bağlı iddialarını şayiələr adlandırıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay