Argentina MB yüksək inflyasiya fonunda daha iri əskinasların buraxılmasına icazə verdi
Argentina Mərkəzi Bankı 10 min (11,63 dollar) və 20 min peso (23,25 dollar) nominalında əskinasların buraxılmasını təsdiqləyib.
Valyuta.az bu barədə TASS-a istinadla xəbər verir.
"Argentina Mərkəzi Bankı il ərzində 10 min və 20 min peso nominalında əskinaslar buraxacaq. Bu, istifadəçilər arasında əməliyyatları sadələşdirəcək, maliyyə sisteminin logistikasını daha səmərəli edəcək və əskinasların alınması xərclərini əhəmiyyətli dərəcədə azaldacaq", - bəyanatda deyilir. İndi respublikada ən böyük əskinas 2 min pesodur (2,3 dollar).
Yeni pul mövcud "Vətənin İgidləri və Qəhrəmanları" seriyasını dolduracaq. 10 min peso əskinasda Argentina İstiqlal Müharibəsi qəhrəmanları general Manuel Belqrano və Mariya Remedios del Valle, 20 minlik əskinasda isə 1853-cü il Argentina Konstitusiyasının müəlliflərindən biri Xuan Bautista Alberdi təsvir olunacaq. Mərkəzi Bankın hesablamalarına görə, əskinaslar iyun ayında tədavülə çıxacaq.
Yanvarın 11-də Respublika Statistika və Siyahıyaalma İnstitutu 2023-cü il üçün inflyasiya məlumatlarını açıqlayıb. Ona görə ölkədə qiymətlər 12 ayda orta hesabla 211,4% artıb. Noyabrın 19-da Xavyer Maylinin dövlət başçısı seçilməsindən sonra inflyasiya sürətlənib. Onun hökumətinin ilk tədbirlərindən biri rəsmi məzənnənin 1 dollar üçün 366-dan 800 pesoya qaldırılması olub.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay