Nazir Türkiyənin enerji idxalından asılılığının miqyasını açıqladı
Türkiyənin enerji idxalından asılılığı 68%-ə çatıb.
Valyuta.az xbər verir ki, bunu CNN Türk telekanalına açıqlamasında respublikanın energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
“Türkiyə enerji təchizatında 68% xarici ölkələrdən asılı olan bir ölkədir”, - deyən Türkiyə Energetika Nazirliyinin rəhbəri respublikanın əsas qaz tədarükçülərindən birinin Rusiya olduğunu qeyd edib.
Nazir xarici resurslardan asılılığa son qoyulmasına çağırıb. O, növbəti 30 il üçün bu məqsədi qoyub, çünki ölkənin ehtiyacları çox böyükdür.
Bundan əvvəl Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matvienko Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsinin artdığını açıqlamışdı. Rusiyanın Türkiyə ilə yüksək səviyyədə əməkdaşlıqdan məmnun olduğunu bildirən senator enerji sektorunu əməkdaşlığın əsas və çox nəzərə çarpan sahəsi adlandırıb, buna nümunə kimi Türkiyədə Akkuyu AES-in dörd enerji blokunun tikilməsini göstərib.
Bundan əvvəl Türkiyə Akkuyu AES-in birinci blokunun işə salınmasına icazə verib .
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay