"Moldovaqaz": "Ukrayna Rusiyadan qaz tranzitinə qadağa qoya bilməz"
"Moldovaqaz"ın rəhbəri Vadim Çeban bildirib ki, Ukrayna Moldovaya Rusiya qazının tranzitindən imtina edə bilməz, çünki hər iki ölkə Avropa Enerji Birliyinin üzvüdür.
Valyuta.az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.
"Avropa Enerji Birliyinin üzvü olan ölkələr Enerji Birliyinin yaradılması haqqında Müqavilənin iştirakçısı olan digər ölkələrdə rezident şirkətləri təchiz etmək üçün təbii qazın tranzitini məhdudlaşdıra bilməz", deyə “Moldovaqaz”ın rəhbəri yazıb.
Dekabrın 28-də bildirilib ki, Moldovanın Fövqəladə Hallar Komissiyası “Moldovaqaz” milli qaz şirkətini 2024-cü ilin yanvar-aprel ayları ərzində “Energocom” dövlət enerji şirkətindən qaz almağa məcbur edən qərar qəbul edib.
Dekabrın 22-də məlum olub ki, Moldova qazın alınması üçün 165 milyon avro məbləğində kredit götürmək qərarına gəlib. Moldova üçün pulu Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ayıracaq.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay