Ruslar Lvov fəstfud şəbəkəsinin ad və loqotipini oğurladı (FOTO)
Lvov fəstfud şəbəkəsi “I Love Kebab” Rusiya şirkətini onun ticarət adını və loqo dizaynını oğurlamaqda ittiham edib.
Valyuta.az Ukrayna Ticarət Mərkəzləri Şurasına (UCSC) istinadla xəbər verir ki, Ukrayna şirkəti Belqorodda Lvov fəstfud şəbəkəsi ilə eyni ad və loqodan istifadə edən restoranın açıldığını bildirib.
Lvov şirkəti təcavüzkar dövlətdə heç vaxt restoranlarının olmadığını və olmayacağını iddia edir və oğurluğun fotosunu dərc edib.
“Ruslar təkcə Ukrayna biznesini deyil, həm də tarixi, yazıçıları, rəssamları, ixtiralarını, texnologiyasını və ərazisini mənimsəyir”, - “I Love Kabab”ın sosial şəbəkələrimdə yayılan müraciətində deyilir.
Şəbəkənin marketinq direktoru Anastasiya Ştokalo bildirib ki, onlar Rusiya Federasiyasında öz brendlərindən qanunsuz istifadə faktını müştərilərindən birindən öyrəniblər və bundan sonra dərhal sosial şəbəkələrdə reaksiya dərc ediblər.
O, həmçinin vurğuladı ki, şirkətin Belqorodda bu müəssisənin olmasından xəbəri yoxdur və onun açılması üçün françayzinq satmayıb.
İndi I Love Kabab İnstaqramda rus saxta restoranının səhifəsini bağlamağa çalışır və abunəçilərini bu hesaba şikayət göndərməyə sövq edir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay