ABŞ ilyarımlıq fasilədən sonra Rusiyadan neft idxalını bərpa etdi
Oktyabr ayında ABŞ son bir il yarımda ilk dəfə Rusiyadan neft idxal edib və noyabrda təkrar alış olub.
Valyuta.az xəbər verir ki, bunu Amerika Statistika Xidmətinin məlumatları sübut edir.
Qeyd olunur ki, 2023-cü ilin oktyabrında ABŞ Rusiyadan 36,8 min barel neft alıb. İdxal dəyəri 2,7 milyon dollar olub.
Noyabrda 750 min dollara 9,9 min barel neftin alışı olub, hər iki halda karbohidrogenlər istehlak üçün alınıb. Rusiya neftinin bir barreli oktyabrda 74 dollara, növbəti ayda isə 76 dollara başa gəlib. Bu, ölkənin bir barel üçün 60 dollar olan “qiymət tavanı”ndan xeyli yüksəkdir.
Yanvarın 9-da BofA Global Research-in qlobal əmtəə və törəmə alətlər departamentinin rəhbəri Fransisko Blanş bildirib ki, Bank of America analitikləri Şimali dəniz benchmark Brent markalı neftin qiyməti ilə bağlı proqnozlarını bir barel üçün 90 dollardan 80 dollara endiriblər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay