Putin: "Hər tərəfdən boğulub-əzilən Rusiya iqtisadiyyatı Avropada birincidir”
Rusiya Federasiyasının iqtisadiyyatı alıcılıq qabiliyyəti pariteti baxımından Avropada birinci, dünyada isə beşinci oldu.
Valyuta.az xəbər verir ki, bu barədə Uzaq Şərq sahibkarları ilə görüşündə Rusiya prezidenti Vladimir Putin bildirib.
“Görünür, bizi hər tərəfdən boğur və əzirlər, lakin bütövlükdə iqtisadiyyatın həcminə görə biz Avropada birinciyik”, - Putin bildirib.
Onun sözlərinə görə, hazırda dünyada iqtisadi həcminə görə lider mövqeləri Çin, ABŞ, Hindistan, Yaponiya və Rusiya tutur. Putin qeyd edib ki, Rusiya Federasiyası Almaniyanı üstələyərək beşinci yeri tutub.
Prezident qeyd edib ki, Rusiya alıcılıq qabiliyyəti paritetinə görə bütün Avropanı geridə qoyub, lakin “adambaşına, biz hələ də cəhd etməliyik”, “üzərində işləməli şeylər var”.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay