Rusiya "Drujba" ilə Avropaya neft tədarükünü 60 faiz azaldıb
Rusiya Federasiyasından "Drujba" kəməri ilə Avropaya neft tədarükünü 2023-cü ildə 60% azalıb, lakin axınlar yenidən Rusiya limanlarına paylanıb.
Valyuta.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
"Keçən ilin əvvəlindən “Drujba” neft kəmərindən Rusiya neft limanlarına (artım 7,2%) boru tədarükünün yenidən bölüşdürülməsi (60 faiz azalma) baş verib”, deyə mətbuat xidməti bildirib.
"Drujba" neft kəməri Belarusun neft emalı zavodlarına neft tədarükünü və onun Avropaya tranzitini təmin edir. Boru kəməri Belarus, Ukrayna, Polşa, Çexiya, Slovakiya, Almaniya və Macarıstandan keçir.
2023-cü ildə axınlar Rusiyanın bir neçə neft limanına yenidən paylanıb. Beləliklə, tranzit nəzərə alındıqda neft daşınmaları Novorossiysk vasitəsilə 3,1%, Primorsk vasitəsilə 6,5%, Ust-Luqa vasitəsilə 9% artıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay