ABŞ yeni AES-lər üçün Rusiya uranından imtina edəcək
ABŞ Energetika Nazirliyi növbəti nəsil atom elektrik stansiyalarının (AES) nüvə reaktorları üçün Rusiya uranından imtina etmək niyyətindədir.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" Energetika Nazirliyinin bəyanatına istinadən yazıb.
Nazirlik bildirib ki, Vaşinqton Rusiya Federasiyasının əvəzinə uran üçün alternativ tədarükçülər axtarır. ABŞ Energetika Nazirliyi bu müqavilələr üçün 500 milyon dollar ayırmaq niyyətindədir. Qeyd edilir ki, ABŞ 20%-ə qədər zənginləşdirilmiş yüksək dərəcəli aşağı zənginləşdirilmiş uran yanacağı (HALEU) tədarükçüləri tapmaq niyyətindədir.
Bundan əvvəl məlum olub ki, ABŞ 2023-cü ilin oktyabrında Rusiyadan uran alışını üç dəfə artırıb. ABŞ Nüvə Enerjisi katibinin köməkçisi Ketrin Haff bildirib ki, Vaşinqton hər il Rusiyadan nüvə yanacağının 20%-ə qədərini alır.
Dekabrın 12-də məlum olub ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya mənşəli az zənginləşdirilmiş uranın ölkəyə idxalını qadağan edən qanun layihəsini təsdiqləyib. "Bloomberg" xəbər verib ki, Konqres 2028-ci ildən Rusiya uranının idxalını qadağan edən qanunu qəbul edərsə, Rusiya ABŞ-a uran tədarükünü qabaqcadan dayandıra bilər. Daha sonra "Techsnabexport" şirkəti (Beynəlxalq ticarət markası TENEX, Rosatomun bir hissəsi) zənginləşdirilmiş uranın ABŞ-a tədarükünün mümkün dayandırılması ilə bağlı məlumatları təkzib edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay