Sanksiyalara baxmayaraq, Rusiya neft qazması üzrə postsovet rekordunu qırıb
Qərbin sanksiyalarına baxmayaraq, Rusiya 2023-cü ildə neft qazması üzrə yeni postsovet rekordu qırıb. Kpler analitiklərinin və Moskva məsləhətçisi "Yakov and Partners"in fikrincə, qazma həcmi 30 min km-dən çox olub.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Nəşr yazır ki, bu, Rusiya neft hasilatının məhdudlaşdırıcı tədbirlərə davamlılığını göstərir. Ötən il ABŞ onlarla qazma avadanlığı şirkətinə qarşı sanksiya tətbiq edib. Avropa İttifaqı Rusiyanın enerji sənayesi üçün texnologiyaların ixracına qadağa qoyub. Buna baxmayaraq, "Rystad Energy" tədqiqat şirkətinin məlumatına görə, Rusiya qazma bazarının yalnız 15%-i "dost olmayan" ölkələrin texnologiyalarından asılıdır.
"Halliburton" və "Baker Hughes" kimi böyük Qərb xidmət şirkətləri Rusiyadakı bölmələrini satıblar, lakin bu, qazma həcmlərinə az təsir edib. Aktivlər əsasən, yerli rəhbərlik tərəfindən alınıb ki, bu da illər ərzində əldə edilmiş təcrübəni özündə saxlayır.
Ekspertlərin fikrincə, köhnə yataqların tükənməsi fonunda hasilatı saxlamaq üçün yüksək qazma işlərinə ehtiyac var. Oksford Enerji Tədqiqatları İnstitutunun məlumatına görə, 2023-cü ildə istismar müddəti 5 ildən çox olan Rusiya yataqlarının payı 96% təşkil edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay