Kubada benzinin qiyməti 500%-dən çox artırılacaq
Kuba hökuməti fevralın 1-dən benzinin qiymətini 5 dəfədən çox - litr üçün 30 Kuba pesosundan 156 pesoya qədər artırmağa hazırlaşır.
Valyuta.az xəbər verir ki, bunu Kubanın maliyyə naziri Vladimir Reqero "Mesa Redonda" teleşousunda deyib.
Reqero dəqiqləşdirib ki, qiymət artımı ölkə iqtisadiyyatını bərpa etmək üçün tədbirlərdən biridir.
2023-cü ilin yazında ölkədə ciddi yanacaq böhranı yaşandığına görə Kuba əhalisi arasında iğtişaşlar başlayıb. CNN-in məlumatına görə, yanacaqdoldurma məntəqələrində minlərlə metr tıxaclar yaranıb.
Aprelin sonunda "Cubadebate" portalı bildirmişdi ki, Kubada yanacaq qıtlığı səbəbindən Havanada onun satışına limit tətbiq edilib. Portalın məlumatına görə, bir avtomobil üçün 40 litr benzin, həmçinin 100 litr dizel yanacağı almaq mümkün olacaq.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay