Bundestaq Aİ-nin Rusiyaya qarşı sanksiyalara görə nə qədər pul itirdiyini açıqladı
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar nəticəsində itkiləri 500 milyon avronu aşıb.
Valyuta.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə müsahibəsində Bundestaqın deputatı Matias Moosdorf bildirib .
Onun sözlərinə görə, anti-Rusiya sanksiyaları yalnız Qərb ölkələrinə təsir edir, Rusiyanın özündə isə “mühasirəyə alınmış qalanın mentalitetini gücləndirir”.
“Aİ-yə sanksiyaların faktiki dəyəri yəqin ki, artıq 500 milyon avronu keçib”, - Moosdorf deyib.
Deputatın fikrincə, nüvə dövləti ilə münaqişədə qalib gəlmək mümkün deyil.
Daha əvvəl Avropa Komissiyasının rəsmi nümayəndəsi Daniel Şeridan Ferri bildirmişdi ki, AK anti-Rusiya sanksiyalarına riayət olunmasına nəzarət edir. Onun sözlərinə görə, Avropa İttifaqında anti-Rusiya sanksiyalarından yayınma faktları məlumdur və Avropa Komissiyası belə halların qarşısını almaq üçün gecə-gündüz işləyir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay