Dünya
09.01.2024 / 11:02
Rusiya və İran bankları birbaşa əməliyyatlar həyata keçirə biləcəklər
40082
Rusiya Federasiyası və İran öz maliyyə mesajlaşma sistemlərini birləşdiriblər, beləliklə, banklar artıq əməliyyatları birbaşa həyata keçirə bilərlər.
Valyuta.az Fars agentliyinə istinadla xəbər verir ki, bunu İran Mərkəzi Bankının beynəlxalq məsələlər üzrə müavini Möhsün Kərimi deyib.
Onun sözlərinə görə, İran və Rusiya banklarının bir-biri ilə əlaqə saxlaması üçün artıq İsveçrəyə ehtiyac yoxdur və iki ölkənin kommersiya bankları bir-biri ilə vasitəçilik əlaqələri qura bilərlər.
"İxracatçı Rusiya tərəfinə rialla hesab-faktura verə və İrandakı Rusiya banklarından pul ala bilər", - İran Mərkəzi Bankının sədr müavini deyib.
O, həmçinin qeyd edib ki, iki ölkənin ixracatçıları öz milli valyutaları ilə əməliyyatlar həyata keçirə bilərlər.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay