08.01.2024 / 19:03
Fransa əhalisini çətin günlər gözləyir - Maliyyə naziri xəbərdarlıq etdi
40065
Fransa Maliyyə Nazirliyinin rəhbəri Bruno Le Mayr ölkə vətəndaşları üçün iqtisadi baxımdan ən çətin dövrlərin hələ qarşıda olduğunu bildirib.
Valyuta.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Nazirin sözlərinə görə, Fransa 2025-ci ildə ən azı 12 milyard avroya qənaət etməlidir.
"Dövlət maliyyələşməsi baxımından ən pisi hələ qarşıdadır", deyə nazir qeyd edib.
Le Mayr bildirib ki, Fransa hakimiyyətinin qəbul etdiyi və hələ də qəbul etməli olduğu qərarlar çox çətindir:
"Enerji qiymətlərinin artması səbəbindən tarif subsidiyalarının başa çatması ilə biz yaxın həftələrdə, xüsusən də dövlət xərclərinin nəzərdən keçirilməsi ilə bağlı yeni təkliflərlə çıxış edəcəyik".
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay