Polşa "Şimal axını"nın partlaması ilə bağlı məlumatları gizlətməkdə ittiham edildi
Əvvəlki Polşa hökuməti “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində partlayışlar törədən diversantlar haqqında məlumatları gizlədib.
Valyuta.az xəbər verir ki, bu barədə “Wall Street Journal” avropalı müstəntiqlərə istinadən məlumat yayıb.
"Müstəntiqlərin fikrincə, bu Polşa rəsmiləri məlumat verməkdə ləng olublar və təxribatçıların Polşa torpaqlarında iddia edilən hərəkətləri ilə bağlı əsas sübutları gizlədiblər", deyə məqalədə qeyd edilir.
Xüsusilə, onlar müşahidə kameralarından çəkilmiş yazıları istintaqla bölüşməkdən imtina ediblər, bəzi idarələrin məsul şəxsləri isə ya hüquq-mühafizə orqanlarının əməkdaşlarının sorğularına cavab verməyib, ya da təhrif olunmuş və ya ziddiyyətli məlumatlar paylaşıblar.
Müstəntiqlər ümid edirlər ki, yeni Polşa hökuməti dəlilləri bölüşməyə və hücumun şərtlərinə işıq salmağa kömək etməyə daha çox həvəsli olacaq.
26 sentyabr 2022-ci ildə “Şimal axını” və “Şimal axını 2”nin üç xəttində zədələnmə və qaz sızması qeydə alınıb. Seysmoloqlar qaz kəmərlərinin marşrutları boyunca iki partlayış qeydə alıblar. Rusiya FSB beynəlxalq terror aktı ilə bağlı iş açıb. İsveç Prokurorluğu baş verənlərlə bağlı araşdırmalara başlayıb.
2023-cü ilin iyununda "Washington Post" qəzetində MKİ-nin Ukraynanın "Şimal axını"nı pozmaq üçün gözlənilən əməliyyatı barədə qabaqcadan və ətraflı məlumatı olduğunu bildirən məqalə dərc edilib. WP-nin məlumatına görə, planların təfərrüatları 2022-ci ilin iyununda kəşfiyyat orqanına ötürülüb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay