Ayla bağlı yeni qanunvericilik tələb olunur
Bir çox şirkətlər yaxın illərdə Aya getmək üçün rəqabət apardıqca, elm adamları peykin ehtiyatsız istismarının geri qaytarılmayacaq zərər verə biləcəyindən narahatdırlar.
Valyuta.az xəbər verir ki, səyahətlərin əksəriyyətinin məqsədi Aydan minerallar, su və digər ehtiyatların çıxarılması yolu ilə orada yaşayış üçün əlverişli baza yaratmaqdır. Ancaq Ayın səthində heç bir məhdudiyyət olmadan aparılacaq bu işlər qravitasiya dalğaları ilə bağlı araşdırmalara, qara dəliklərin müşahidələrinə və uzaq ulduzlarda həyat axtarışına zərər verə bilər.
Bu səbəbdən Beynəlxalq Astronomiya İttifaqı tərəfindən yaradılan, Arizona Universitetindən Riçard Qrinin başçılıq etdiyi qrup BMT-də məsələ ilə bağlı iclas keçirmək istəyir. Danışıqların məqsədi yerdənkənar resurslardan istifadə ilə bağlı qanunvericiliyin gücləndirilməsidir.
1967-ci ildə bağlanılan Kosmos Müqaviləsi ölkələrin səmada hər hansı bir torpaq üzərində ərazi hüququ iddia etməsinə mane olur, lakin sazişdə kosmik mədən və ehtiyatların istismarından bəhs edilmir. Qrin açıqlamasında, "Ayda qurulan bazaların qarşısını almaq niyyətində deyilik. Amma orada az da olsa ümid vəd edən ərazilər var və bunlardan bəziləri elmi baxımdan inanılmaz dərəcədə dəyərlidir. Mədənlərimizi və bazalarımızı harda inşa edəcəyimizə çox diqqətlə yanaşmalıyıq. Ayda milyardlarla il əvvəl əmələ gələn bir neçə dərin krater aşkar edilib. Bu kraterlərə heç vaxt günəş işığı toxunmayıb və ona görə də inanılmaz dərəcədə soyuqdurlar. Bu, onları elmi baxımdan çox qiymətli edir. Burada problem, BMT müqavilələrində dəyişikliklərin edilməsinin çox uzun sürməsidir. Ona görə də hərəkətə keçmək istəyiriksə, dərhal bunu etməliyik və beynəlxalq müqavilələrlə təminat verməliyik. Ayın bənzərsiz elmi xüsusiyyətləri düşünülməmiş istismar nəticəsində məhv edilə bilər" - deyib.
ABŞ aliminin gündəmə gətirdiyi kraterlərdə daim soyudulması lazım olan infraqırmızı teleskopların tikilə, və buradan uzaq ulduzların müşahidə oluna biləcəyi düşünülür. Kraterlərdə buz halında su olması da mümkündür. Bu, onları Aya gedən şirkətlər üçün əvəzolunmaz edir.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay