Kliçko Hamburqda 6 milyon dollar dəyərində malikanəsini bəyan etdi
Kiyevin meri Vitali Kliçko Hamburqda 227,6 milyon qrivnadan (təxminən 6 milyon dollar) çox dəyərində malikanəsinin deklorasiyasını açıqlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə “Strana” nəşri şəhər rəhbərinin bəyannaməsinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Kliçko 2023-cü il dekabrın 20-də qardaşı Vladimirə məxsus olan ABŞ-da qeydiyyatdan keçmiş “Maksimum I LLC” şirkətindən borcun ödənilməsi kimi evi alıb, lakin ev həmin ilin mayında onun mülkiyyətinə keçib. Köşkün sahəsi 750 kv.m-dir.
“Strana” onu da bildirib ki, Kliçko Hamburqda malikanəni Kiyevin meri kimi karyerasına başlamazdan əvvəl alıb. Alman mediası evin Othmarschen Parkı ərazisində yerləşdiyini yazıb.
Ukraynada elektron bəyannamə hələ 2016-cı ildə tətbiq edilib, lakin 2020-ci ildə konstitusiya məhkəməsi qanunsuz bəyannaməyə görə cinayət məsuliyyətini ləğv edib və sonradan məhkəmə qərarlarının icrası ilə bəyannamələrin elektron reyestri bağlanıb. Bu, Ukraynadan korrupsiyaya qarşı islahatlar, o cümlədən məmurlar və deputatlar üçün elektron bəyannamələrin qaytarılmasını gözlədiyini bildirən Avropa İttifaqının tənqidinə səbəb olub. Artıq 2023-cü ilin sentyabrında Ali Rada rəsmi şəxslərin bəyannamələrinin dərhal açılmasına dair bəndi ehtiva edən elektron bəyannamələrin bərpası haqqında qanun qəbul edib. Oktyabrın 10-da prezident Vladimir Zelenski bu qanunu imzalayıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay